Makkabiada 2022 – İsrail

XXI Makkabiada 12-26 iyul 2022-ci il tarixlərində İsraildə keçiriləcək. Makkabiada əvvəlcə 2021-ci ildə keçirilməli idi, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salındı.
Yarışlarda Azərbaycan da iştirak edəcək – “Makabi-Azərbaycan” Mədəni-İdman Cəmiyyəti adından. İdmançılarımız aşağıdakı idman növlərində təmsil olunacaqlar: cüdo, güləş və stolüstü tennis. Onlar Azərbaycanı İsraildə layiqincə təmsil etmək əzmindədirlər.
Makkabiada 2022-də 38 ölkədən 2000-dən çox idmançının iştirak edəcəyi gözlənilir. Onlar 20 müxtəlif idman növündə mübarizə aparacaqlar. Makkabiada “Makabi” Ümumdünya İdman Cəmiyyəti tərəfindən təşkil olunan və Olimpiya Oyunları modelinə əsaslanan beynəlxalq idman yarışlarıdır.