JFuture Azerbaijan


JFuture Azerbaijan

JFuture – yeni texnologiyalar və təlim metodlarından istifadə olunan bazar günü yəhudi təhsil platformasıdır. Burada uşaqlar və valideynlər peşəkar mütəxəssislərdən məsləhətlər və yeni biliklər əldə edir, isti ailə atmosferində faydalı vaxt keçirə bilərlər.
JFuture Azerbaijan Avro-Asiya Yəhudi Konqressinin himayəsi altında postsovet məkanında ilk bazar məktəblərindən biri olaraq 5778-ci il (2018) Roş Ha-Şana bayramı ərəfəsində açılmışdır. JFuture Azerbaijan bazar məktəbi Avropa Yəhudilərinin Sinaqoqunda fəaliyyət göstərir. Layihə uşaqlar və valideynlər qrupları üçün həftəlik bazar günü görüşlərini nəzərdə tutur.

Dərslər üç yaş kateqoriyası üçün hazırlanır. İştirakçılar yaş qruplarına bölünür: J-fan (5-6 yaş), J-lab (7-9 yaş), J-profi (10-12 yaş) və valideynlər. Hər yaş qrupunda 6-15 nəfər iştirak edir. Dərslər müxtəlif formatlarda keçirilir: uşaqlar və valideynlər üçün ayrı-ayrılıqda və ayda bir dəfə bütün qruplar üçün birgə. Bazar platforması hər yaş qrupu üçün 3 saat keyfiyyətli vaxt keçirməyi təmin edir. Dərslər arasında mümkün olduqda iştirakçılar üçün 15 dəqiqəlik fasilələr nəzərdə tutulur. Hər dərsdə multimedia avadanlıqları (interaktiv lövhə, proyektor və s.) istifadə olunur. Ən kiçiklər üçün lego texnologiyalarından istifadə edilir. Bu, dərsləri qeyri-adi, maraqlı edir, uşaqların diqqətini cəlb edir və materialı daha yaxşı mənimsəmələrinə kömək edir.

JFuture-un iş prinsipləri:

  • Yəhudi irsi: Yəhudi xalqının tarixi və ənənələrinin öyrənilməsi.
  • STEAM yanaşması: Təhsilin əsasında elm (Science), texnologiya (Technologies), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyat (Math) dayanır. Bu komponentlər gələcəyin ən perspektivli sahələri ilə bağlıdır.
  • Qlobal yəhudi şəbəkəsi: Yaşayış yerindən asılı olmayaraq yəhudi xalqının birliyi hissi, vahid dünya yəhudi icmasına mənsubiyyət duyğusu.
  • İsti ailə atmosferi: Maraqlı mövzuları müzakirə etmək, öyrənmək, inkişaf etmək və özünü evdəki kimi hiss etmək üçün platforma.


Sual üçün müraciət edin:
+994 50 554 11 98
jfutureglobal@gmail.com