İsrailin Maliyyə Naziri cənab A.Lieberman ilə görüş

25 aprel 2022-ci il tarixində İsrailin Maliyyə Naziri, Azərbaycanın böyük dostu cənab Aviqdor Liebermanın rəsmi səfəri çərçivəsində, Bakı Avropa Yəhudiləri Sinaqoqunda cənab və xanım Liebermanın Azərbaycanın Avropa və Gürcüstan yəhudiləri icmasının fəalları ilə görüşü baş tutmuşdur.
Görüş zamanı cənab Lieberman ölkəmizdə yəhudi icmasının ictimai və mədəni həyatı ilə maraqlanmışdır. Görüşdə Xalq artisti, İcma Sədri cənab Şarovski, icma idarə heyətinin üzvü, sinaqoqun layihəsinin müəllifi olan tanınmış memar A. Garber, ravvin Şneor Seqal və digər icma üzvləri çıxış etmişlər.
Cənab Lieberman İsrail-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı öz baxışlarını bölüşmüşdür. İcma adından cənab Liebermana xatirə hədiyyəsi – qədim Bakının təsviri olan nərd təqdim edilmişdir.
Görüşdə həmçinin İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri cənab M. İfraimov və xanım S. Qrinberq də iştirak etmişlər.
Görüşün sonunda icma fəallarının cənab və xanım Lieberman ilə birgə xatirə fotosu çəkilmişdir.