İsrailin turizm naziri Yoel Razvozovun Azərbaycana səfəri

4-8 aprel 2022-ci il tarixlərində İsrailin turizm naziri Yoel Razvozovun Azərbaycana səfəri baş tutdu. Səfər Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuşdu.
Səfər çərçivəsində Yoel Razvozov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi, həmçinin Azərbaycan Respublikasının nazirləri və ölkəmizin yəhudi icmaları ilə bir sıra görüşlər keçirdi.
Səfər zamanı cənab Razvozov "Xabad or Avner" yəhudi məktəbini ziyarət edərək Bakıda yetişən yəhudi nəslinin təhsil şəraitilə tanış oldu.
Yaxınlaşan Pesax bayramı ilə əlaqədar cənab Razvozov məktəbdə yəhudi yeməklərinin hazırlanması dərsində də iştirak etdi.