Xaq Purim Sameax!

Ulu Tanrının köməyi ilə icmamız Bakıda Purim bayramını qeyd etdi. Bayram iki gün ərzində keçirildi: 16 mart tarixində Avropa Yəhudiləri Sinaqoqunda, 17 mart tarixində isə Hilton Baku otelinin restoranında. Eyni zamanda, icma üzvləri arasından aztəminatlı ailələr üçün bayram hədiyyələri hazırlanaraq paylanıldı.
Qeyd etmək lazımdır ki, bu tədbir Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan əksər məhdudiyyətlər ləğv edildikdən sonra keçirilmiş ilk böyük bayram tədbiri oldu.
Xaq Purim Sameah!