Böyük Britaniya Parlamenti nümayəndə heyəti ilə görüş

12 noyabr tarixində Avropa yəhudiləri sinaqoqunda Böyük Britaniyadan gəlmiş qonaqlar qəbul edildi. Nümayəndə heyətinin tərkibində aşağıdakılar var idi: cənab Bob Blackman – Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq üzrə çoxpartiyalı parlament qrupunun sədri, David Duguid – Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Lord Con Kilkluney – Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, Giorgio Annechini.
Səmimi və dostluq şəraitində keçən görüş zamanı Avropa yəhudiləri icmasının sədri Aleksandr Yakovleviç Şarovski və icmanın ravvini Şneor Seqal qonaqların suallarını cavablandırdılar, Azərbaycanda yəhudilərin tarixi və həyatı, icma üzvlərinin ölkənin ictimai-siyasi həyatında iştirakı, icmanın gələcək planları barədə məlumat verdilər.