"Makkabi-Azərbaycan"ın 30 illiyi

Bu il Azərbaycanda "Makkabi-Azərbaycan" idman cəmiyyətinin yaradılmasından 30 il ötür. Bu tarixi qeyd etmək məqsədilə "Makkabi-Azərbaycan" cəmiyyəti Bakı Avropa Yəhudiləri Dini İcması ilə birgə bir sıra mədəni-idman tədbirləri keçirir.
11 sentyabr 2021-ci ildə Bakıda "Azərbaycan - Odlar Ölkəsi, Multikulturalizmin Beşiyi" şüarı altında Beynəlxalq Velosiped Yarışı keçirilib. Yarışa 120-dən çox müraciət daxil olsa da, karantin məhdudiyyətləri səbəbilə yalnız 65 idmançı iştirak edə bilmişdir. Yarış Bakı Dənizkənarı Milli Parkının ərazisində keçirilib.
İştirakçılar 4 kateqoriya üzrə yarışıblar:
-
21 yaşadək oğlanlar və qızlar
-
21 yaşdan yuxarı kişilər və qadınlar
Yarışda Azərbaycan, Rusiya, İsrail və Türkiyədən velosipedçilər iştirak ediblər.
Yarışın qalibləri:
-
Kişilər arasında - Əliyev Elvin
-
Qadınlar arasında - İlhamə İsmayılova
-
Oğlanlar arasında - Babayev Cavid
-
Qızlar arasında - Zara Əfqənzadə-Kaplan
Qalib və iştirakçılar xatirə medalları və fəxri fərmanlarla təltif ediliblər.
Yubiley tədbirləri çərçivəsində daha aşağıdakıların keçirilməsi nəzərdə tutulur:
-
"Makkabi Liqası" Streetbol Yarışı (Azərbaycan və digər ölkələrdən komandaların iştirakı ilə, oktyabr-noyabr 2021)
-
"Makkabi Qafqaz Oyunları" Beynəlxalq Cüdo Turniri (dekabr 2021)
-
"Azərbaycan - Odlar Ölkəsi, Multikulturalizmin Beşiyi" şüarı altında Sankt-Peterburqda Beynəlxalq Foto Sərgisi
Tədbirlər Avropa Yəhudiləri İcması tərəfindən sponsorluq edilir.
BROEE sədrinin müavini
Yevgeni Brenneysen