Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yaradılmasının 20 İlliyi Münasibətilə Təbrik

Bu həftə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam olur. Bu əlamətdar yubiley münasibətilə Dövlət Komitəsinin rəhbərliyini və bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik!
Komitənin müxtəlif dinlərə və konfessiyalara göstərdiyi diqqət və qayğı, cəmiyyətimizdə multikultural dəyərlərin qorunması və möhkəmləndirilməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyət yüksək qiymətləndirilir.
Uğurlarınızın davamlı olmasını arzulayır, gələcək fəaliyyətinizdə sizə möhkəm can sağlığı, yeni nailiyyətlər və uğurlar diləyirik!