İlizarov Apparatına Abidənin Qusar şəhərində açılışı

İlizarov Apparatına Abidənin Qusar şəhərində açılışı

2021-ci il iyunun 15-də görkəmli travmatoloq-cərrah, travmatologiya sahəsində inqilab yaratmış İlizarov apparatının ixtiraçısı Qavriil Abramoviç İlizarovun anadan olmasının 100 illiyi tamam oldu.

Onun 100 illik yubileyi münasibətilə, doğulduğu Azərbaycan Respublikasının Qusar şəhərində, yerli OKİ klinikasının direktoru Malik Kərimovun təşəbbüsü ilə İlizarov aparatına abidə ucaldılmışdır. Bu aparat dünyanın müxtəlif ölkələrində on minlərlə insanı normal və dolğun həyata qaytarmışdır. Onların sırasında dəfələrlə hündürlüyə tullanma üzrə dünya rekordu qırmış Valeri Brumel, dünyaca məşhur səyyah Karlo Mauri və başqaları da var.

Abidənin açılış mərasimində İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Corc Dik, Milli Məclisin deputatı A. Rəfailov, Quba rayon icra hakimiyyəti başçısının müavini Təriyel İbrahimov, Azərbaycan yəhudi icmalarının nümayəndələri – E. Brenneysen, ravin Zamir İsayev, “Hesed Gerşon” təşkilatının direktoru Ş. Davıdov, AzİZ Cəmiyyətinin direktoru V. Bayramov iştirak etmişlər.

Həmin gün Qubada, Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində böyük tibbi xadimin 100 illiyinə həsr olunmuş sərgi də açılmışdır.