Beynəlxalq Holokost Qurbanlarının Anım Günü

Beynəlxalq Holokost Qurbanlarının Anım Günü

Beynəlxalq Holokost Qurbanlarının Anım Günü münasibətilə: Bakı sinaqoqunda İsrail Dövlətinin səfiri cənab Ronen Kraus başda olmaqla, 20-dən çox ölkənin səfirinin iştirakı ilə təsirli anım mərasimi keçirdik. Yəhudi icmalarının rəhbərləri və 200-dən çox icma üzvü ilə birlikdə altı milyon qurbanın xatirəsini ehtiramla yad etdik.

"Or Avner" Xabad yəhudi məktəbinin şagirdləri mərasimi qısa çıxışla açdılar. İcma rəhbərinin və səfirin çıxışlarından sonra: həlak olanların xatirəsinə altı şam yandırıldı, icma ravvinləri isə "El Male Rahamim" və "Kadiş" dualarını oxudular.