Rəsmi elan

Rəsmi elan

Ümumdünya Sionist Təşkilatının Azərbaycan üzrə Okrug Seçki Komitəsi (AEC) bildirir ki, bu günə — 23.07.2025-ci il tarixə olan məlumata görə — Ümumdünya Sionist Konqresinə namizədlərin seçilməsi üçün yalnız bir müraciət daxil olub: Avropa Yəhudilərinin Bakı Dini İcmasının siyahısı. Başqa müraciətlər daxil olmayıb.

Seçkilərdə yalnız bir namizəd olduğuna görə, Seçki Qaydalarının 20-ci maddəsinə əsasən, Azərbaycan üzrə Okrug Seçki Komitəsi (AEC) Avropa Yəhudilərinin Bakı Dini İcmasının siyahısı üzrə aşağıdakı şəxsləri Ümumdünya Sionist Konqresinə seçilmiş elan edir:

– əsas namizəd: Brenneysen Yevgeni Anatolyeviç;

– namizədin müavinləri: Muşayilov Boris Yuryeviç və Şarovski Aleksandr Yakovleviç.

Seçkilərin nəticələri ilə bağlı apellyasiya vermək istəyənlər 21 gün ərzində office@ashkenazijews.az elektron poçt ünvanına müraciət edə bilərlər.

AEC Azerbaijan WZO