Katerina və onun oğlu Leonardo (Qafqazdan olan yəhudi izləri) – fərqli fikir

İnsan, bir çox hallarda hər hansı bir məqaləni oxuyarkən, onun səthi və zahiri mənası ilə kifayətlənir, yazının dəqiqliyini və etibarlılığını düşünmür, hadisələrin daha geniş tarixi kontekstini dərk etmir. Tarixi mövzularda yazanların özü belə tez-tez gerçəkləri təhrif edir.
Məsələn, Antonia da Vinçinin gündəliyindəki bir qeyddə deyilir ki, onun notarius olan oğlu Pyeronun 1452-ci ilin 14 aprel tarixində bir oğlu doğulub – Leonardo, və yerli keşiş Piero di Bartolomeo tərəfindən vəftiz olunub. Hər şey aydın görünür. Amma əgər uşaq həmin gün doğulubsa, o zaman adının “Leonardo” olduğu vəftizdən əvvəl necə məlum ola bilərdi? Yox əgər bu tarix vəftiz günüdürsə, bəs doğum günü nə vaxt olub? Həm də qeyd edilən il – 1452 – yalnız təqribən 130 il sonra Papa XIII Qriqorinin 1582-ci ildə Qriqorian təqvimini rəsmi tətbiq etməsi ilə rəsmi sayılmağa başlandı. Əlbəttə, uşaqlar təqvimdən asılı olmayaraq doğulur, bu da xırda bir texniki detal sayıla bilər. Amma məhz bu cür “xırda” detallar oxucunu yavaş-yavaş reallıqla yanlış təqdimin sərhədində yerləşən informasiyalarla barışdırır.
Leonardonun atası – artıq qeyd edildiyi kimi – ali təbəqəyə mənsub gənc notarius Piero da Vinci idi. Rəsmi versiyaya görə, anası Katerina isə sadə kəndli qızı olduğu üçün bu evlilik baş tuta bilməmişdi və uşaq evlilikdən kənar doğulmuşdu. Məhz buradan Katerinanın mənşəyi ilə bağlı maraqlı və çoxqatlı tarix başlayır...
Katerinanın mənşəyinin sirri
İstənilən dövrdə fövqəladə istedad sahibi bir insanın əsərləri müasir və gələcək nəsillərdə heyranlıq və ehtiram doğurur. Zaman keçdikcə bəlli olur ki, bu insanın mirası sirli və rəmzi kodlarla dolu olub və elmi-texniki ixtiralarla zəngindir. Bu zaman heyranlıq artıq əfsanəvi bir ibadətə çevrilir.
Belə dahi şəxslərin mənşəyi ilə bağlı müzakirələr və fərziyyələr isə hər zaman olub – həm heyranlıqdan, həm də paxıllıq və maraqdan doğaraq.
Leonardo da Vinçinin (1452–1519) qeyri-italyan (tuskan, yəhudi) mənşəli olması ilə bağlı şayiələr və fərziyyələr uzun illərdir ki, İtaliyada dolaşır. Ən çox da bu şübhələr onun atası Pieroya deyil, anası Katerinaya yönəlib. Məşhur italyan tədqiqatçısı və yazıçısı professor Karlo Veççenin 2023-cü ildə nəşr olunan "Katerinanın təbəssümü" kitabında o, Florensiya arxivlərində tapdığı sənədlərə əsasən qeyd edir: Katerina adlı bir gənc qız – Yakobun qızı – kölə olub və uşaq doğduqdan sonra azad edilib. Bu barədə qeydi Leonardo da Vinçinin atası, notarius Pieronun özü edib.
Qızın əvvəllər zadəgan bir xanımın evində xidmət etdiyi, Genuyada və ya Florensiyada vəftiz olunaraq "Katerina" adını aldığı bildirilir. O, Osmanlı imperiyasının ərazisindən alınıb və İtaliyaya gətirilib. Digər versiyaya görə isə həmin xanımın bankir əri onu Krımda – o zamanlar Genoa koloniyası olan Kafada (indiki Feodosiya) alıb. Qız gözəl və çox gənc olub, 15 yaşında Florensiyaya gətirilib və bankirin evində kölə kimi yaşayıb.
Anasını portreti
Gənc notarius Piero bankirin işləri ilə məşğul olurdu, onun evinə gəlirdi və burada gənc, gözəl köləyə vurulmuşdu. Qız da 25 yaşlı italyanla qarşılıqlı münasibət qurmuşdu. Beləcə Leonardo adlı oğlan doğulmuşdu. Piero-nun sevgilisi Katerina haqqında köləliyə düşməsi ilə bağlı fərqli bioqrafik versiyalar var: bu versiyada onun mənşəyi haqqında deyilir ki, o, Çərkəz bölgəsindəki bir yaşayış məntəqəsinə edilən tatar basqını zamanı əsir düşüb və Kafedəki qul bazarında italyan bankiri tərəfindən alınıb. Başqa bir versiyada isə qızın ailəsi ya Şimali Qafqaz dağlarının ətəyində, ya da Priazovyedə (XV əsr italyan xəritələrində “Çerkesiya” adlanan ərazi – müasir Rusiyanın bir hissəsi olan Krasnodar vilayəti, Stavropol vilayəti və Rostov vilayətinin Priazovye hissəsi) yaşayırmış və Konstantinopolda italyan tacirlərə, görünür, genuyalılara satılmış, oradan isə Florensiyaya aparılmışdır. Qız Çərkəziyada yaşadığı üçün ona “çərkəz” deyiblər, halbuki çərkəzlər (özlərini adığə adlandırırlar) əsasən Şimali Qafqazda yaşayırdılar. O dövrdə Çərkəziya ya Abxaziyayla bitişik idi, ya da sərhədləri toxunurdu, buna görə də, ehtimal olunur ki, qız abxaz olmuşdur… Amma, tam əsasla ehtimal etmək olar ki, “Yakob” adlı – nə Qafqaz, nə Abxaz, əksinə, Bibliyaya məxsus ad daşıyan bir insan ticarətlə və ya sənətkarlıqla məşğul imiş və qızın ailəsi Qafqazdan köçüb Priazovyedə yaşayırmış, bəlkə də Tana koloniyasına (indiki Azov) yaxın ərazidə, və qız nə çərkəz, nə də abxaz yox, yəhudi idi. Bu versiya həqiqətən də o qədər inandırılmazdırmı ki, mövcudluq hüququ olmasın? Əvvəlcə Qafqazda yəhudiləri tapaq...
Qafqazda yəhudilər
Yakobun ailəsinin Qafqazda və Çərkəziyada peyda olmasını izah etmək üçün, sadə düşüncə ilə keçmişə – təxminən 2 min il əvvələ, Antik İran dövrünə qayıdaq.
Əhəməni İmperiyasında, əsasını II Kir Böyük qoymuşdu, yəhudilərin imperiya sərhədlərində yerləşdirilməsi praktikası mövcud idi. Yəhudilər, Assuriya imperiyası ələ keçirildikdən sonra fars dövlətinin təbəələri oldular – orada isə hələ VIII əsrdə (e.ə. 722) Assuriya tərəfindən məhv edilmiş Şimali İsrail padşahlığından sürgün edilmiş yəhudi əsirlər yaşayırdı. Həmçinin, e.ə. VI əsrdə, 538-ci ildən sonra, II Kir tərəfindən Babil əsarətindən azad edilən yəhudilərin bir qismi İudeyaya qayıtmayıb, nə də Babilon şəhərində qalmayıb, əksinə, şimala – Xəzər istiqamətinə gedib. Bundan əlavə, artıq e.ə. V əsrdə Finikiya Sidon üsyanını (İudeyanın dəstəklədiyi) yatırdıqdan sonra, finikiyalılar edam edilmiş, yəhudilər isə “uzaq şimala” – Girkaniyaya (Xəzər dənizinin cənub-şərq sahili) sürgün edilmişdi. Göründüyü kimi, İranda çoxlu sayda yəhudi var idi – savadlı və cəsur döyüşçülər – onları imperiyanın sərhədlərində yerləşdirirdilər: cənubda Misirdəki Elefantin adasından tutmuş şimalda Qafqaza qədər, şərqdə isə sərhədlər təxminən indiki Əfqanıstan və Pakistan ərazilərinə qədər uzanırdı (puştular təsadüfən özlərini “Banu İsrail” adlandırmırlar).
Beləcə, artıq e.ə. V əsrdə Qafqazda əhalinin tərkibində kifayət qədər yəhudi var idi, bu da öz populyasiyasını – Qafqaz yəhudi icmasını – yaratmaq və inkişaf etdirmək üçün yetərli idi.
Qeyd edilməlidir ki, fars şahları yəhudilərə hörmət və etibarla yanaşırdılar, çünki onlar – məsələn II Kir – zərdüştilik dininə sitayiş edirdilər. Bu din, inam və baxışlar sistemi e.ə. VII-VI əsrlərdə yaşamış peyğəmbər Zərdüşt (Zoroastr) tərəfindən yaradılmışdır. Bu din, hərçənd ki, avraamik din sayılmır, lakin əsas prinsiplərini məhz yəhudilikdən götürmüşdür: monoteizm, xeyir və şər anlayışları, yəhudi etikası və sair. Buna görə də fars şahları yəhudiləri eyni dində olan, etibarlı insanlar hesab edirdilər.
Ana müqəddəsdir (heç bir yerdə gülümsəmir)
Beləliklə, yəhudilər əsrlər boyunca Qafqazda yaşamışlar – əvvəlcə Cənubi, sonra Şimali Qafqazda. Aydın şəkildə belə bir versiya irəli sürmək olar ki, Qafqaza gələn yəhudilər arasında Menashe və Efraim (Manasse və Ephraim) tayfalarından olanlar da çox olub. Onların əcdadı Yusif Gözəl idi, dilləri bilmə və başqaları ilə ünsiyyət bacarığı kimi qeyri-adi qabiliyyətlərə malik idi. Görünür, bu qeyri-adi keyfiyyətlər Qafqaz yəhudilərinə çox uzun müddət (e.ə. V əsrdən etibarən) öz kimliklərini, adət və ənənələrini, ən əsası isə monoteist dinlərini qorumağa imkan vermişdir. İudeya və digər yəhudi icmaları ilə əlaqə zamanla qırılsa da, sarsılmaz İnam, qorunub saxlanılmış dualar, rəvayətlər, mahnılar və eyni zamanda çoxsaylı xarici təsir amilləri birlikdə yeni şəraitdə – möhkəm ruhani dayanıqlığa malik unikal Qafqaz yəhudi mədəniyyətini formalaşdırdı – bunu Qafqazın dağ yəhudiləri əsrlər boyunca yaratdı.
Katerina İtaliyada
İndi isə, yuxarıda deyilənlərə əsaslanaraq, gənc gözəl qızın yəhudi mənşəli olduğunu təsdiqləyən məlum faktlara istinad edərək, əvvəlcə birinci olaraq qeyd edək: vəftiz və Katerina adının verilməsi faktı – bu, belə hallarda adi bir ənənədir. Bu isə o deməkdir ki, o, müsəlman olmuş ola bilərdi, lakin bu barədə heç nə deyilmir. Üstəlik, ikinci olaraq, təsəvvür etmək çətindir ki, müsəlman quldurlar–tatarlar müsəlman qızı “kafirlərə”, yəni xristianlara satar, özü də bilə-bilə ki, onu qaçılmaz və məcburi vəftiz gözləyir. Bu isə o deməkdir ki, qız nə müsəlman, nə də xristian idi. Üçüncü olaraq, məlumdur ki, qızın atası Bibliyada keçən Yakov (Yaqub) adını daşıyırdı, bu ad yəhudilər arasında çox məşhurdur və müsəlmanlarda nadir hallarda rast gəlinir.
Bu üç əsas sübut bizə böyük ehtimalla və hətta əminliklə deməyə imkan verir: Katerina, Yakovun qızı kimi tanınan bu qız Qafqaz (dağ) yəhudilərindən olan bir ailədən oğurlanmış, qul alverçiləri tərəfindən İtaliyaya satılmış və 15 yaşında Florensiyada, Vinçi şəhərciyində notarius Piero da Vinçinin oğlu Leonardo-nu dünyaya gətirmişdir. O Leonardo ki, İntibah dövrünün dahi rəssamı, ixtiraçısı, mühəndisi və alimi olacaqdır.
Bundan başqa, bu versiyanı təsdiqləyən digər maddi sübutlar da mövcuddur – birbaşa Leonardo-nun öz əlilə yaradılmış portretlər və avtoportretlər… Uşaqlıqdan etibarən – rəsm çəkməyi öyrəndiyi ilk illərdən başlayaraq – Leonardo həyatının sonuna qədər çoxsaylı eskiz və rəsmlərində doğma “üzün gözəllik cizgilərini” yad etmişdir. Leonardo-nun əlilə sevgi və dəqiqliklə çəkilmiş bu incə, qüsursuz qrafik xətlər anasının gözəlliyini və yəhudi sifət cizgilərini əks etdirir. Hətta incəsənət tarixçiləri Leonardo-nun rəsmlərindəki qadın simalarında bu portret bənzərlikləri vurğulayırlar. Bu işlərə “Ananın portreti” deyilir. Leonardo bu rəsmlərlə sevimli anasının gözəlliyini əbədiləşdirmişdir.
Leonardo-nun avtoportretlərində isə – xüsusilə cavanlıq dövründən başlayaraq – üz cizgilərində yəhudilərə məxsus antropoloji əlamətlər özünü göstərir və yaş artdıqca daha da aydın nəzərə çarpır (“Turan avtoportreti”): göz quruluşu, üz ovalı, göz çuxurları, burun və s.
Həmçinin maraqlıdır ki, Leonardo da Vinçi öz gizli qeydlərini italyanca, lakin sağdan sola – yəni yəhudilər kimi – və üstəlik güzgü üsulu ilə (aynalı şəkildə), yəni qədim semitik möhürlərdə olduğu kimi yazırdı. XV əsr İtaliyasında müxtəlif kriptoqrafik və şifrələmə üsulları məlum idi, lakin Leonardo məhz bu üsulu seçmişdi – bu isə yəhudi əlifbasına işarə idi. Ola bilər ki, bu üsulu o, anasından öyrənmişdi – çünki Leonardo təxminən 10–12 yaşına qədər Vinçi şəhərində anası ilə birgə yaşayır və ünsiyyətdə olurdu, sonra isə atası ilə Florensiyaya köçmüşdü.
Beləliklə, Qafqazda yəhudilərin tarixən mövcudluğu, Çərkəziyada yaşamış olmaları, Katerina haqqında məlum olan faktlarla birlikdə, sistemli-kompleks analiz metodlarından birini – az ehtimalları çıxarıb yüksək ehtimalları müəyyənləşdirmə üsulunu – tətbiq etdikdə, Leonardo da Vinçinin anası Katerinanın yəhudi mənşəli olması versiyası ən çox təsdiqlənən və sübut edilə bilən versiya kimi görünür.
Kim düşünə bilərdi ki, XIV əsrin 1348-ci il vəba epidemiyasından sonra əhalisinin üçdə ikisini itirmiş Avropa və XV əsrdə Florensiya Respublikası əhali itkisini doldurmaq üçün kölə qızlar alacaq…
… və hansı möcüzə nəticəsində həmin qızlar arasında doğma evindən qoparılmış gənc bir gözəl, uzaq İtaliyaya düşəcək və yüzillər sonra dahi oğlu Leonardo-nun yəhudi Anası kimi tanınacaq…
Vlad-Zeev SLEPAK (analitik)