HOLOKOST QURBANLARININ ANIM GÜNÜ

HOLOKOST QURBANLARININ ANIM GÜNÜ


28 yanvar tarixində Avropa Yəhudilərinin Sinaqoqunda Bakı Yəhudi İcması Holokost qurbanlarının Anım Günü münasibətilə tədbir keçirdi.

Tədbiri Bakı Avropa Yəhudiləri İcmasının Baş Ravvini Şneor Seqal açdı.

Çıxışlarla İsrail Dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Corc Dik, Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Azərbaycan Dövlətinin nümayəndələri – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini S.Geydarov və Multikulturalizm Mərkəzinin direktoru R.Qasanov danışdılar.

Anım Şamları yandırıldı. Şamları ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mark Libbi, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Miliq Yevdayev, Milli Məclisin deputatları Anatoli Rafailov, Asim Mollazadə, Ali Məhkəmənin üzvü E.Şamayev və İqtisadiyyat Nazirliyinin nümayəndəsi Q.Əliyev yandırdılar.

Şamların yandırılmasından sonra anım duası oxundu.

Tədbirdə 15 dövlətin səfirləri və nümayəndələri, icma üzvləri iştirak etdilər.