AR İqtisadiyyat Nazirindən cənab Mikayıl Cabbarovdan Təbrik

AR İqtisadiyyat Nazirindən cənab Mikayıl Cabbarovdan Təbrik

Hörmətli cənab Şarovski,

Sizi Yəhudi Yeni ili – Roş ha-Şana bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və rəhbərlik etdiyiniz icmanın bütün üzvlərinə ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətindəki səylərinizə görə bir daha dərin minnətdarlığımı bildirmək istərdim. Qeyd etmək istərdim ki, Avropa yəhudiləri icması uzun illərdir ölkəmizin ictimai həyatında fəal iştirak edir və Azərbaycan Respublikasının inkişafına və daha da çiçəklənməsinə mühüm töhfələr verir.

Bir daha Sizi və rəhbərlik etdiyiniz icmanın bütün üzvlərini Roş ha-Şana bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıram.

Səmimi qəlbdən Sizin,
Nazir Mikayıl Cabbarov