Kaparot

Kaparot


Kaparot – qədim bir adətdir. Bu adətə əsasən, Yom Kipur bayramından əvvəl xoruz (kişilər üçün) və ya toyuq (qadınlar üçün) götürülür və baş üzərində fırladılaraq deyilir ki, bu xoruz (və ya toyuq) həmin insanın əvəzinə gedir. Daha sonra xoruz (və ya toyuq) şəxita (kəşər kəsmə) üçün şohetə (kəsməyi bilən din aliminə) verilir. Kəsilmiş xoruz ya da onun satılmasından əldə olunan pul yoxsullara sədəqə kimi verilir.

Kaparot üçün seçilmiş xoruz şəxita (kəşər şəkildə kəsilmə) olunmalıdır – bu, Yom Kipurun ərəfəsində, sübh vaxtından əvvəl edilir. Çünki həmin zaman Allahın mərhəməti Onun sərtliyindən üstün gəlir. Ancaq xoruzu baş üzərində fırlatmaq mərasimi daha əvvəl də edilə bilər. Bir çox insanlar bu mərasimi Yom Kipurdan əvvəlki səhər namazından sonra yerinə yetirirlər. Əgər bir şəxs bu zaman kəparotu edə bilmirsə, onu “on tövbə günü”nün istənilən birində icra edə bilər.

Çoxları bu mərasimi pul ilə yerinə yetirir. Bu zaman insan əlində pul saxlayaraq əlini başı üzərində fırladır. Kaparot üçün konkret bir məbləğ yoxdur, amma əlbəttə, nə qədər çox olsa, bir o qədər yaxşıdır. Kaparotdan sonra bu pullar tsedakaya (sədəqəyə) verilir. Halaxik avtoritetlərdən bəziləri bir sıra səbəblərə görə müasir dövrdə kaparot mərasimini pul ilə yerinə yetirməyi daha münasib hesab edirlər.