Bakı Avropa Yəhudilərinin Dini İcması

1946-cı ildə Karganov (indiki Rəsul Rza) və Birinci May (indiki Dilarə Əliyeva) küçələrinin kəsişməsində yerləşən keçmiş mülki müdafiə deposunun binası yarı zirzəmi məkanda indiki sinaqoq üçün ayrılmışdır. Bina təmir edilmiş və Azərbaycandakı gürcü yəhudiləri icması ilə birlikdə icmanın ehtiyacları üçün yenidən təchiz edilmişdir. İki ibadət zalı inşa edilmişdir: biri așkenazlar üçün böyük, digəri isə gürcü yəhudiləri üçün kiçik. Vəsaitlər Azərbaycan yəhudilərinin könüllü ianələri nəticəsində toplanmışdır. 2002-ci ildə yeni sinaqoq binasının tikintisi barədə qərar qəbul edilmişdir. Yeni sinaqoqun açılışı 2003-cü il martın 9-da baş tutmuşdur.
Hazırda sinaqoqun ravvini Şneor Seqaldır.