2023-cü il aprelin 19-da Bakının Avropa Yəhudiləri Sinaqoqunda İsrailin xarici işlər naziri Eli Koenin yəhudi icmasının fəalları ilə görüşü keçirilib. Görüşdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və İsrailin Azərbaycandakı səfiri Corc Dik iştirak ediblər.
İsrailin xarici işlər naziri Eli Koen bu barədə özünün Twitter hesabında yazıb:
“Azərbaycan – yəhudi icmalarına daim hörmətlə yanaşan bir ölkədir və xalqlarımız arasında əlaqələr dərin köklərə malikdir. Azərbaycanın İsraildə səfirlik açması münasibətlərimizdə yeni bir dövrün başlandığını simvolizə edir və mən icma üzvlərinə bildirdim ki, İsrail həmişə onların evi olacaq,” – deyə diplomat vurğulayıb.