Avropa Yəhudiləri İcması 5781-ci il (2020–2021) üçün yəhudi təqvimi nəşr edib.
Təqvim 1500 nüsxə tirajla çap olunub və ödənişsiz şəkildə paylanır. Təqvimi Avropa Yəhudiləri Sinaqoqundan əldə etmək mümkündür — bazar ertəsindən cümə gününədək, saat 10:00-dan 15:00-a qədər.