DataLife Engine / M.Bekkerin “Azərbaycanın etnik mozaikasında yəhudilər” kitabının təqdimatı

M.Bekkerin “Azərbaycanın etnik mozaikasında yəhudilər” kitabının təqdimatı


8 fevral 2024-cü ildə Avropa Yəhudilərinin Sinaqoqunda Moisey Bekkerin “Azərbaycanın etnik mozaikasında yəhudilər” kitabının 1-ci cildinin təqdimatı keçirildi. Tədbirdə bütün yəhudi icmalarının və təşkilatlarının nümayəndələri iştirak etdilər.

Təqdimat zamanı M.Bekker kitabda əks olunan materiallar haqqında danışdı və gələcək planlarını bölüşdü. Azərbaycanda yəhudilərin tarixi haqqında 3 cildlik nəşr planlaşdırılır. Tədbirdə Milli Məclisin deputatı A.X.Rafailov, Azərbaycan STMEQİ Fondunun sədri Ş.Davudov, Dağ yəhudiləri icmasının sədri M.Yevdayev və Avropa yəhudiləri icmasının sədr müavini Y.Brenneysen çıxış etdilər.

Təqdimatın sonunda iştirakçılara müəllifin avtoqrafı ilə kitab nümunələri hədiyyə olundu.


9-02-2024, 09:41
Вернуться назад